Azərbaycan indiyədək 64 əsiri Ermənistana QAYTARIB

by Türkçe Haber Ajansı

SHAFAQNA-Ermənistan tərəfi Qarabağ müharibəsini sonlandıran 10 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs bəyanatının imzalanmasından indiyə kimi Azərbaycanın 64 hərbi əsir və mülki şəxsi geri qaytardığını bildirib.

Modern.az xəbər verir ki, Ermənistandakı qeyri-rəsmi təşkilatlar Azərbaycanda hələ 100-ə yaxın erməni döyüşçünün əsir kimi saxlanıldığını iddia ediblər.

Aydındır ki, onlar Azərbaycanın Xocavənd rayonunda saxlanılan 62 diversantı da bura əlavə edirlər. Baxmayaraq ki, Azərbaycan rəsmiləri dəfələrlə bəyan ediblər ki, həmin diversantlar üçtərəfli atəşkəs bəyanatının imzalanmasından təxribat törətməyə gəlmiş terrorçulardı.

Azərbaycan rəsmiləri bu rəqəmi təsdiqləmir.

Ermənistanın dövlət rəsmiləri isə Azərbaycanda saxlanılan hərbi əsirlərin, müharibədə ölən, yaralanan və itkin düşənlərin ümumi sayını hələ ki gizlətməkdə davam edir. Ermənistanın qeyri-hökumət təşkilatlafrı bunu əhalinin qəzəbindən qorxub çəkinmək kimi qiymətləndirirlər…

Bu arada Ermənistan Qarabağda itkin düşən hərbçilərin cəsdələrinin axtarışını davam etdirmək niyyətindədir. Fevralın 8-ə olan məlumata görə, indiyədək erməni tərəfi Qarabağda 1367 meyit aşkar edib.

Xatırladaq ki, tərəflər arasında əsirlərin sonuncu dəyişdirilməsi ötən gecə – fevralın 9-da həyata keçirilib.

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin vasitəçiliyə baş tutan mübadilə nəticəsində 1 azərbaycanlı əsir Ermənistandan Bakıya, 5 erməni əsir isə Azərbaycandan İrəvana verilib. Əsirləri İrəvana və Bakıya Rusiyanın hərbi təyyarələri çatdırıb.

Ermənistan baş nazirinin müavini Tiqran Avinyanın ofisindən verilən məlumata görə, Ermənistana gətirilən əsirlərdən 3-ü Hadrut rayonunun Çaylaqqala kəndinin ərazisində əsir düşənlərdir.

Şunlar da hoşunuza gidebilir

YORUM YAP

Bu site reCAPTCHA ve Google tarafından korunmaktadır Gizlilik Politikası ve Kullanım Şartları uygula.

The reCAPTCHA verification period has expired. Please reload the page.