Diaspor Ermənistan hakimiyyətindən NARAZIDIR: “Daha pul göndərməyəcəyik”

194
0

 

Ermənistan hakimiyyəti ilə diaspor arasında münasibətlər pisləşib.

Modern.az xəbər verir ki, Rusiya Erməniləri İttifaqının vitse-prezidenti German Ananyants İkinci Qarabağ Müharibəsi sırasında Ermənistan üçün topladığı ianələrin, yardımın hara xərcləndiyini hələ də bilmədiklərini söyləyib.

“Biz Rusiya diasporu olaraq 100 milyon rubldan artıq yardım topladıq. Amma həmin pulun hələ də hara xərcləndiyini bilmirik”.

Diaspor rəhbəri maddi yardımla yanaşı, Ermənistana dəbilqə, zirehli geyim, hərbi geyimlər və s. göndərdiklərini söyləyib.

“Sonra bizə xəbər verdilər ki, həmin yardım “Zvartnots” aeroportunda qalıb”.

Hökumətdən narazılıq edən Ananyants bundan sonra Ermənistana yardım etməyəcəklərini söyləyib.

“Daha pul göndərmək fikrimiz yoxdur. Ayrılan yardımlar nazirlərin bank hesablarında oturur. Hər şey oğurlanır. Bu bizi bezdirib”.

CEVAPLA

Please enter your comment!
Please enter your name here