Azərbaycan, Rusiya və İrandan Türkiyəyə başsağlığı mesajı

SHAFAQNA-Xəbər verildiyi kimi dünən Türkiyə paytaxtında dəhşətli terror aktı törədilib

Bununla bağlı dünyanın bir çox ölkə rəsmilərindən Türkiyəyə başsağlığı mesajları gəlməkdədir. İslamazeri.az xəbər verirki, belə bir mesajların ilki terror aktı törədildikdən bir az sonra Azərbaycandan gəlib. Azərbaycan prezidentinin başsağlığı mesajında deyilir:   “Ankara şəhərində törədilmiş amansız terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca kədərləndirdi. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir və ona qarşı ən kəskin şəkildə mübarizəni labüd hesab edirik. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!” İran XİN-in sözcüsü Cabiri Ənsari İranın Türkiyə dövlətinin, millətinin və terror qurbanlarının yanında olduğunu, terror aktı zamanı həyatını itirənlərə Allahdan rəhmət, qalanlara başsağlığı və yaralılara şəfa diləyində olduğunu bildirib.   Belə bir başsağlığı Rusiya prezidentindən gəlib. Rusiya mediasının xəbərinə görə, Putinin sözcüsü Dmitriy Peskov bu haqda açıqlama verib. Peskov “Prezident Putin Ankaradakı terroru pisləyir və terroru lənətləyir. Bu terrorda çox sayda insanın həyatını itirdiyinə dərin təəssüf hissi keçirir və Türk xalqının dərdinə şərik olduğunu bildirir”, – deyə qeyd edib. Xatırladaq ki, dünən gecə Ankarada terror aktı törədilib ki, olay zamanı 34 nəfər həyatını itirib, 125 nəfər isə yaralanıb.

Bu Makaleyi Paylaş