Bəhreyndə daha bir İslam alimi həbs olundu

SHAFAQNA-Bəhreynin Ali-Xəlifə diktatura rejimi daha bir din alimini həbs edib

“SəhərTV”yə istinadən verdiyi xəbərə görə, cümə günü Ali-Xəlifə polisi Bəhreyndə imam cümə olan Şeyx Muhəmməd Əlmənsini həbs edib.

O,  icazəsiz camaat namazı təşkilatçısı olmaqda,  ocümlədən icazəsiz moizə etməkdə ittiham olunur. Bəhreyn mediası istintaq dövrü zamanı Şeyx Muhəmməd Əlmənsinə qarşı yeni ittihamların qoyulacağı istisna etmir.. Qeyd edək ki, Bəhreynin diktatura rejimi, ölkədə çoxluq təşkil edən Əhlibeyt tərəfdarlarına qarşı aqressiv-repressiv siyasət həyata keçirir. Yüzlərlə fəal və ruhani məhz, Ali Xəlifə rejiminin siyasətini tənqid etdiklərinə görə, daima təqib və həbslərlə üzləşirlər. Rejim, təkcə Əhlibeyt tərəfdarlarına qarşı deyil, ölkədəki digər Əhli-sünnədən olan müxalif  fəallar, həmçinin qeyri-dini inanclara sahib azadlıq təələb edənlərə qarşı da sərt addımlar atmaqdadır.

Bu Makaleyi Paylaş