İŞİD-dən təmizlənmiş Ramadi şəhərində kütləvi məzarlıqlar tapılıb

SHAFAQNA-İŞİD terrorçularının növbəti cinayətini sübut edən məzarlıqlar aşkarlanıb.

İŞİD-dən azad edilmiş Ramadi şəhərində 30 insan bədəni olan 3 kütləvi məzarlıq tapılıb. “Ər-Ramadinin cənubundaki stadionun yaxınlığında 3 kütləvi məzarlıq tapılıb. Məzarlıqlardan ümumilikdən 30 insan qalıqları tapılıb, onlarında əksəriyyəti hərbçilərdir. Lakin aralarında 2 uşaq meyidi daxil olmaqla, bir neçə dinc sakinin də qalıqları tapılıb.”,  – deyə Ramadi vilayətinin adminstrasiya başçısı İbrahim əl-Ausac bildirib. Ausac əlavə edib ki, terrorçular bu insaları ötən ilin yarısında şəhəri tutan zaman edam ediblər. Xatırladaq ki, İraq ordusu Ramadi şəhərini 2015-ci ilin dekabrında İŞİD-dən azad edib.

Bu Makaleyi Paylaş