SHAFAGHNA-Suriya sərhədində bir təyyarənin düşdüyü iddia edilir.Xəbərə görə, təyyarənin kimə aid olduğu bilinmir. Təyyarənin Kızıldağ bölgəsinə düşdüyü, pilotların paraşütlə tullandığı bildirilir.
Təyyarənin Hatayın Yayladağı mahalına yaxın bir ərazidə olan Suriyanın Yamadı kəndindəki türkmənlərin sığındığı çadırların üzərinə düşdüyü də iddia edilir.
Cəbhədəki türkmən qaynaqları, zenit atəşi ilə salınan naməlum təyyarədən paraşütlə atılanları gördüklərini də söyləyiblər.
Bölgədəki qaynaqlar sərhədi pozan təyyarənin Türkiyə reaktivləri tərəfindən salındığını bildirib. Ancaq təyyarənin Rusiyaya, yoxsa Suriyaya aid olduğu hələ bilinmir.
Bu Makaleyi Paylaş
