SHAFAQNA-Əfqan polisi geniş axtarış əməliyyatına start verib
“Ria” agentliyinə istinadən verdiyi xəbərə görə, “Tolo News” telekanalı xəbər verib ki, iki silahlı naməlum şəxs, Əfqanıstanın şimal-şərqində yerləşən Baqlan əyalətindəki sement zavodu və kömürçıxarma şirkətinin az 15 əməkdaşını qaçırıblar. Telekanalın məlumatına əsasən, qaçırılanların arasında mühəndis, texniki personal və digər əməkdaşlar var. Ghori sement zavodunun başçısı əməkdaşların qaçırılma faktını təsdiqləyib. Hadisə bazar günü səhər saatlarında baş verib. Hadisənin Talibanla əlaqəsinin olub-olmaması araşdırılır.
Bu Makaleyi Paylaş
