SHAFAQNA-İŞİD-in bəzi vəhşilərinin 7 yaşlı uşağı qətlə yetirməsi, digər xəvaricləri insafa gətirdi və ikitirəlik yarandı
İŞİD terrorçuları Rəqqa şəhərində 7 yaşlı uşağı edam ediblər. Uşağı dostları ilə oyun zamanı küfr etməkdə ittiham ediblər. Uşağın əli-qolu bağlanıb, şəhərdə (nümayiş etdirildikdən sonra, anasının və onlarla digər insanın qarşısında güllələnib. Şəhər sakinlərinin sözlərinə görə, bu cür divanın tutulması sakinlər arasında nazarızılığa səbəb olub. Onlar hesab edirlər ki, bu cür balaca uşaq küfrdə ittiham edilə bilməz, çünki o yaşına görə hələ ki, hər şeyi dərk edə bilmir. Uşağa qarşı tətbiq edilmiş vəhşilik terrorçuların cərgələrində də parçalanmaya səbəb olub. Xatırladaq ki, daha əvvəl öz evlərində pilləkanın hicabsız halda yuduğuna görə cəzalandırılması də bəzi İŞİD-çilərin belə qəzəbinə səbəb olmuşdu. Cəza olaraq, azyaşlı qızı İŞİD qurbanlarının qalıqları olan qəfəsə salaraq, onu orada bir neçə saat saxlamışdılar. Qız uzun zaman yalvardıqdan sonra, huşunu itirmişdi. Bundan sonra terrorçular qızı qəfəsdən çıxararaq xəstəxanaya aparmışdı.
