Tramp: Ola bilər qəsdən etməyiblər

SHAFAQNA-ABŞ prezidenti Donald Tramp İranın ABŞ-a məxsus PUA-nı məhv etməsinə ikinci dəfə münasibət bildirib

Russia Today-ın verdiyi xəbərə əsasən, ABŞ prezidenti Donald Tramp İranın ABŞ-a məxsus PUA-nı məhv etməsini birinci dəfə şərh edərkən deyib ki, “İran çox böyük səhvə yol verib”.

Məsələ ilə bağlı növbəti çıxışında isə Tramp bildirib ki, İran ABŞ-a məxsus PUA-nı vurmaq qərarını səhvən verib.

“Mənə elə gəlir ki, – səhv də olmuş ola bilərəm, doğru da, amma mən demək olar ki, hər zaman haqlıyam, – belə hiss edirəm ki, bu, səhvliklə edilmiş ola bilər. Bu, bunu etməli olmayan birinin səhvi ola bilər”, – deyə o qeyd edib.

O əlavə edib ki, bunu, İranın səhvi yox, İran komandanlığı altında olan konkret bir şəxsin səhvi hesab edir.

Bu Makaleyi Paylaş