Üç hakim vəzifəsindən azad edilib

SHAFAQNA-İyulun 12-də Məhkəmə-Hüquq Şurası üç hakimin tutduğu vəzifədən azad edilərək başqa işə keçirilməsinə qərar verib.

Həmin şəxslər Gəncə İnzibati-İqtisadi Məhkəməsinin sədri Natiq Abbasov və həmin məhkəmənin hakimi Kamil Rzayev, Göygöl Rayon Məhkəməsinin hakimi Rafiq Məmmədovdur.

Bu qərara səbəb kimi onların qanunvericiliyin tələblərini kobudcasına pozması, korrupsiyaya şərait yaratması, süründürməçiliyə və digər pozuntulara yol verməsi göstərilir.

Bu Makaleyi Paylaş