Avropada azərbaycanlıları qarət edən mühacir biznesi: maskaları özləri yırtdılar

SHAFAQNA-Hələ eramızdan əvvəl 564-cü ildə qədim Roma hədəfə aldığı ölkələrin “Düynanın şəhəri”nə qaçıb gələn mühacirlərindən faydalanırdı. Qay Tiberi Qrakx bu adamlar haqda deyirdi: “Onlar gəldikləri ölkələri üçün ən murdar pislikləri etməyə hazır olanlar. Plebey olsalar da, patrisi kimi görünmək istəyirlər”.

Əsrlər keçdi, amma mühacirlərdən casus və xəfiyyə qismində yararlanmaq istəyi bütün dövlətlərdə norma halını dəyişmədi.

Fransa imperatoru Napoleon Bonoparta qarşı Britaniyadakı fransız mühacirlərdən ibarət şəbəkə qurulmuşdu. Napoleonun özü də Fransadakı rus zadəganlardan Rusiya çarına qarşı istifadə edirdi.

İkinci Dünya Müharibəsi ərəfəsində “mühacir istifadəsi” daha da genişləndi, misli görünməmiş şəkildə təkmilləşdi.

ABŞ və sabiq SSRİ arasında, ABŞ və Çin arasında “mühacir şəbəkələri savaşları” səngimirdi.

İndi isə belə çirkin texnologiya xüsusilə geniş vüsət alıb və Qərb ölkələrinə sığınmış azərbaycanlı mühacirlər xüsusi xidmət – təhlükəsizlik, kəşfiyyat və əks-kəşfiyyat strukturları ilə yanaşı, ayrı-ayrı beynəlxalq fondlar da aktiv işləyir.

Həmin təşkilatların arasında Fransa, Almaniya, ABŞ, Britaniya, İtaliya, Belçika, Hollandiya və Avstriyanın kəşfiyyat qurumları ilə sıx bağlı olan, daha doğrusu həmin qurumların guya anqajə olunmamış qeyri-rəsmi törəmələri sayıla biləcək fondlar, assosisiyalar, cəmiyyətlər və s. xüsusi yer tutur.

Azərbaycanda “söz azadlığı və kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin təminatı”, habelə “vətəndaşların ifadə azadlığının dəstəklənməsi” adı ilə ölkəmizə qarşı hibrid savaşın ən mürəkkəb texnologiyalarından istifadə edən, dezinformasiya və provokasiyalar taktikasından yararlanan qurumlar alət qismində mühacirlərdən istifadə edirlər.

Bu Makaleyi Paylaş