Əmək pensiyasının minimum məbləği artırılıb

SHAFAQNA-Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı günü “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı fərman verib.

Dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır.

Fərmana görə, əmək pensiyasının minimum məbləği 2019-cu il oktyabrın 1-dən 200 manat məbləğində müəyyən olunur.

Əmək pensiyasının məbləği təyin edilmiş minimumdan aşağı olarsa, həmin məbləğə çatdırılmaqla ödənilir.

Əmək pensiyaları sonuncu dəfə 2019-cu ilin mart ayının 1-də 38,5 faiz artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılıb.(bbc azərbaycanca)

Bu Makaleyi Paylaş