İmam Hüseyn (ə) və Yezid (l) haqqında qısa məlumat

SHAFAQNA-Aşura ərəb dilində 10 deməkdirki, Məhərrəm ayının 10-u Kərbəlaya gələn İmam Hüseyn (ə) öz səhabələrilə birlikdə bu gündə şəhid olublar.

İmam Hüseynin (ə) Kərbəla vaqiəsini qısa anlamaq:

İmam Hüseyn (ə)

Babası İslam Peyğəmbəri Muhəmməd (s)(red: Quran İslam Peyəmbərini aləmlərə rəhmət və möminlərin rəhbəri adlandırır), atası birinci imam Həzrəti Əli (ə)(İmam Əli haqqında ayə və hədislər mövcuddur ki, Mübahilə ayəsində Quranın dililə desək, İmam Əli Peyğəmbərin özüdür), anası Həzrəti Fatimeyi Zəhra (s.ə) (Quran Zəhra (s.ə)ya Kövsər deyə tanıdır, İslam Peyğəmbəri isə “Onun razılığı ilə mən, mənim razılığım ilə Allah razı olar” deyir) qardaşı İmam Həsən (ə) (Peyğəmbərin dili ilə Həsən və Hüseyn cənnət cavanlarının ağasıdır)

Fəziləti Təthir və Mübahilə ayəsində qeyd olunur…

Səid ibn əbi Raşid Yə’la Amiridən nəql edir ki: O, Allahın Peyğəmbərinin (s) dəvət olunduğu qonaqlığa gedərkən o Həzrətlə yoldaş olub. Peyğəmbər (s) qabaqda gedirmiş və Hüseyn uşaqlarla oynamaqla məşğul imiş. Peyğəmbər (s) onu tutmaq istəyir. Amma uşaq o tərəf bu tərəfə qaçır. Peyğəmbər (s) onunla zarafat etməyə və onu güldürməyə başlayır və nəhayət Hüseyni tutur, əlinin birini onun boynunun arxasına, digərini isə çənəsinin altına qoyur, onu öpə-öpə :«Hüseyn məndəndir və mən Hüseyndənəm. Allah Hüseyni sevəni sevsin. Hüseyn nəvələrimdən biridir.» (sünni – əl-Müstədrək əla əs-səhiheyn, c.2, səh.177)

Peyğəmbər (s) buyurub: «Həqiqətən möminlərin qəlbində Hüseyn (ə)-ın gizli bir məhəbbəti vardır.»

(Xəsaisul Hüseyniyyə, səh. 48)

Bu Makaleyi Paylaş