Zərif ABŞ-ı “İqtisadi terrorizm”də ittiham etdi

SHAFAQNA-İranın xarici işlər naziri ölkəsinə qarşı sanksiyaları “iqtisadi terrorizm” adlandırıb.

Cümə günü Məhəmməd Cavad Zərif tvitter səhifəsində bildirib ki,  ABŞ 2015-ci il nüvə sazişinə dönməlidir.

Zərif Amerikanın son sanksiyalarının Vaşinqtonun siyasətinin uğrusuzluğunu nümayiş etdirdiyini deyib.

Amerika hətta bütün iranlı kişiləri, qadınları və uşaqları sanksiya etmiş olarsa belə, iranlılar əsla zorakılığa təslim olmayacaqlar. Amerikanın İranın tikinti sektorunun işçilərinə qarşı iqtisadi terrorizm təqdim etməsi Vaşinqtonun maksimum təzyiq siyasətinin uğursuzluğunun bariz sübutudur.  Amerika özünü bundan artıq problemlə üzləşdirmək yerinə, öz uğursuz siyasətlərindən əl çəkməli və nüvə anlaşmasına geri dönməlidir.”, -deyə Zərif tvitter səhifəsində yazıb.

Bu Makaleyi Paylaş