Sumqayıt-Bakı qatarında problem yarandı

SHAFAQNA-Sumqayıt-Bakı elektrik qatarının hərəkətində problem yaranıb.

Azvision.az-ın məlumatına görə, Sumqayıtdan saat 08:00-da yola düşən qatar 20 dəqiqə sonra Xırdalan stansiyasına çatıb. Həmin ərazidə elektrik xətlərində olan problem səbəbindən qatar Bakı istiqamətində hərəkət edə bilməyib.

Saat 08:50-də Sumqayıt-Bakı qatarı teplovoz vasitəsilə Bakı stansiyası istiqamətində yola düşüb.

Bu Makaleyi Paylaş